Son bir-neçə ayda 20-yə yaxın şirkət “PMD GROUP”a qoşulub – SİYAHI


Azərbaycanda fəaliyyət göstərən daha 4 şirkətin fəaliyyətlərinə xitam verilərək “PMD GROUP” MMC-yə qoşulduqları elan edilib.
Yeniavaz.com “Vergilər” qəzetinə istinadən xəbər verir ki, ləğv olunan  şirkətlər aşağıdakılar olub:
“AZCAPİTAL HOLDİNGS” MMC (VÖEN: 1303747031),
“AZTERMİNAL-1” Firması (VÖEN: 1300428981),
“CNG AUTOGAS” MMC (VÖEN: 1702333941),
“AZVİL TİKİNTİ” MMC (VÖEN: 1302942781)
Məlumat üçün bildirək ki, yanvar ayının ortalarında daha bir şirkət - “ÇIRAQ-M” MMC  (VÖEN: 1400470531)  fəaliyyətlərinə xitam verilərək “PMD GROUP” MMC-yə qoşulduqları elan edilib. Vergilər Xidmətinin reyester məlumatlarında “ÇIRAQ-M” MMC barəsində heç bir məlumat yoxdur. 
Mətbuatda yer alan məlumatlardan belə görünür ki, “ÇIRAQ-M” MMC otel sektorunda fəaliyyət göstərib. Mədəniyyət və Turizm Nazirliyinin 2015-ci ildə açıqladığı məlumatda göstərilir ki, "Çıraq-M" MMC-yə məxsus “Ramada Plaza” (Gəncə) mehmanxanasına liseniziya verilib. 
Bunlardan başqa ötən ay Azərbaycanda fəaliyyət göstərən daha 8 şirkət fəaliyyətlərinə xitam verilərək “PMD GROUP” MMC-yə qoşulduqlarını elan ediblər. Dekabr ayında “PMD GROUP” MMC-yə qoşulan şirkətlər aşağıdakılar olub.:
"LENKERAN HOTEL AND RESORT COMPANY ƏMLAK" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:1405744011), 
“YENİ ÇİNAR HOTEL COMPANY ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:1405757961), 
“YENİ NAFTALAN HOTEL COMPANY ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:1405758191), 
“AZBİZNESSERVİS ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:1405774411), 
“BEER ART ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:1405776941), 
“EXCELSİOR HOTEL ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:1405780651), 
“YENİ QALAALTI HOTEL COMPANY ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:1405776811),
“YENİ ŞAMAXI HOTEL COMPANY ƏMLAK” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:1405773341)
Məlumat üçün onu da bildirək ki, son bir neçə ayda bir-sıra şirkətlər ləğv olunaraq “PMD GROUP” MMC-yə qoşulduqlarını elan ediblər.
Ötən ilin noyabr ayında “Xəzər-Turizm” MMC-nin (VÖEN: 7700063861) və “Hillside Apartments” MMC-nin (VÖEN: 1702255531) fəaliyyətinə xitam verilərək “PMD GROUP” MMC-yə qoşulduqları elan edilib.
Oktyabr ayında “Foton Əmlak” MMC (VÖEN:1405696541) fəaliyyətinə xitam verərək “PMD GROUP” MMC-yə qoşulub.
Sentyabr ayında isə  daha 2 şirkət “A-GRADE REAL ESTATES” MMC  (VÖEN:1405640551) və “AMAL ƏMLAK” MMC (VÖEN:1405623841) fəaliyyətlərinə xitam verdiklərini və “PMD GROUP” MMC-yə qoşulduqlarını elan ediblər.
Adları qeyd olunan şirkətlər təxminən 2-3 ay əvvəl təsis olunublar və hüquqi ünvanları ölkənin ən böyük şirkətlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda -  Neftçilər prospekti ev 153-də yerləşir. 
2020-ci ilin iyun ayında “RİQAL” MMC, “TƏBRİZ EVLƏRİ” MMC, “PRİME ESTATES” MMC-nin fəaliyyətinə xitam verilərək “PMD Group” MMC-yə qoşulub.
Onu da qeyd edək ki, 2013-cü ildən fəaliyyət göstərən “PMD GROUP” MMC də “Paşa Holdinq” ilə eyni ünvanda yerləşir. Barəsində Dövlət Vergilər Xidmətinin reyester bölməsində heç bir məlumat olmayan şirkətin rəsmi veb-saytında qeyd olunur ki, “PMD GROUP” aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyuluşu və əmlakın idarə olunması sahəsində fəaliyyət göstərir.

A. Cəfərov
 

DİGƏR XƏBƏRLƏR

Top