Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti dünən 1,49 dollar, yaxud 1,6 % artaraq 94,66 dollara çatıb.

Yeniavaz.com xəbər verir ki, “Brent” markalı neftin bir bareli isə 90,03 dollar olub.

Qeyd edək ki, Azərbaycanın dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 dollar götürülüb.

Onu da bildirək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. 

DİGƏR XƏBƏRLƏR

Top