Pfizer peyvəndi olan uşaqlarda miokardit riski gözləniləndən daha yüksəkdir - ARAŞDIRMA


İsraildə aparılan bir araşdırmaya görə, Pfizer-BioNTech tərəfindən istehsal edilən Covid-19 peyvəndinin ikinci dozasını alan 12-15 yaş arası oğlan uşaqlarında ürək əzələlərinin iltihabı (miokardit) riski var. 
Araşdırmaya görə, bir həftə ərzində peyvəndin ikinci dozasını alan 12 367 oğlandan birində ürək əzələsinin iltihabı qeydə alınıb.
Yeniavaz.com "Euronews"-a istinadən bildirir ki, İsraildə şikayətlərlə bağlı hallar yumşaq olsa da, yan təsirləri hələ müəyyən edilməyib.
Avropada əvvəlki araşdırmalarda Covid xəstəliyindən sonra miokardit riskinin peyvənddən qat-qat yüksək olduğu görüldü.
İsraildə açıqlanan son rəqəmlərə görə, miokardit riskinin ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin açıqladığı məlumatlardan daha yüksək olduğu müəyyən edilib.
ABŞ-da aparılan araşdırmalar 12-17 yaş qrupunda olan 16 min 129 oğlandan birinin bu problemi yaşadığını ortaya çıxarıb.
İsraildə edilən başqa bir əvvəlki araşdırmada, ikinci doza olan 16-29 yaş qrupunda olan 100 min adamdan 11-də ürək əzələsi iltihabı problemi olduğu bildirilmişdi.
Bu nəticələr İsraildə Pfizer-BioNTech peyvəndlərində əldə edilsə də, keçmişdə yeniyetmə uşaqlarda çox aşağı nisbətdə olsa da, eyni problemlərin Moderna peyvəndində yaşandığına dair şikayətlər var idi.
Bu, ürək əzələlərinin iltihabına, sinə ağrısına, nəfəs darlığına və ya ürək döyüntüsünə səbəb ola bilər.
Bəzi Avropa ölkələri bu cür problemlərə görə oğlanlarda Moderna peyvəndini dayandırıb. ABŞ yalnız 5 yaşdan yuxarı uşaqlar və yeniyetmələrə Pfizer-BioNTech peyvəndi almağa icazə verir.
 

 

DİGƏR XƏBƏRLƏR

Top