Pentaqon: ABŞ ordusu Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməyəcək


ABŞ ordusu Ukraynada heç bir hərbi əməliyyatda iştirak etməyəcək. 
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu Pentaqonda jurnalistlərə açıqlamasında ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.
“Prezident açıq şəkildə bildirdi ki, o, hərbi əməliyyatlar üçün Ukraynaya döyüş qoşunları göndərmək niyyətində deyil. Mən fərziyyələr irəli sürmək istəmirəm. Həmçinin demək istəyirəm ki, biz bütün variantlara və fəaliyyətlərə hazırıq. ABŞ Silahlı Qüvvələrinin qarşısına hansı vəzifə qoyulsa əmin olun yerinə yetirməyə hazırdır”.
ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley eyni mətbuat konfransında Dövlət Departamentinin Ukraynadakı amerikalılara ölkəni tərk etməyi tövsiyə etdiyini xatırladıb.


 

DİGƏR XƏBƏRLƏR

Top