Mingəçevir sakini özünü yandırdı


Mingəçevir sakini özünü yandıraraq intihara cəhd edib.
Yeniavaz.com xəbər verir ki, hadisə şəhərin M.Maqomayev küçəsində baş verib. Belə ki, şəhər sakini, 1995-ci il təvəllüdlü Əzməmmədov Rəsul Ramiz oğlu gözlənilmədən üzərinə benzin tökərək özünü yandırıb.
Alov ətrafdakıların köməyilə söndürülsə də, ağır yanıq xəsarərləri alan gənc xəstəxanaya çatdırılıb. Onun paytaxt klinikalarından birinə köçürülməsi nəzərdə tutulur.
İntihara cəhdin səbəbi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Mingəçevir

 

DİGƏR XƏBƏRLƏR

Top