Qazaxıstanın hakim “Nur Otan” partiyasının növbədənkənar qurultayının iştirakçıları ictimai birliyin sədri vəzifəsinə prezidenti Kasım-Jomard Tokayevi seçiblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Tokayevin bu posta namizədliyini Qazaxıstanın ilk prezidenti, indiyədək hakim partiyanın sədri vəzifəsində çalışan Nursultan Nazarbayev təklif edib.