Avtomobildə narkotik satan şəxs tutuldu


Bakıda narkotik satışı ilə məşğul olmaqda təqsirləndirilən şəxs saxlanılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb.

Polis mayoru bildirib ki, 77-PC-269 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən 1983-cü il təvəllüdlü Nahid Əliyev saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə uyğun olaraq cinayət işi başlayıb.

Hazırda istintaq hərəkətləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top