"Hafka"nın məhkəməsi keçirilir


Bu gün Bakı Apellyasiya Məhkəməsində vergi borcuna görə həbs edilən Hafiz Məmmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılır.

Yeniavaz.com “qafqazinfo”ya istinadla xəbər verir ki, hazırda məhkəmədə fasilə olunub, günün ikinci yarısında təkrarən işə baxılması davam etdiriləcək. 
Hafiz Məmmədovun hələ də vergi borcunu ödəmədiyi bildirilir. Vəkilləri bildirib ki, onun vergi və sosial ödənişlərlə bağlı 400 min manat borcu olub, həmin məbləğ də tam ödənilib. Hazırda Məmmədovun vergi və sosial ödənişlər üzrə borcu 1,5 milyon manatdır.
Qeyd edək ki, Dövlət Vergi Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanıb.
Başlanmış cinayət işi çərçivəsində Hafiz Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib.Yasamal rayon məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top