Mərkəzi Bank uçot dərəcəsini artırdı


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 7,25 faizdən 7,5 faizə çatdırılması barədə qərar qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AMB-nin sədri Elman Rüstəmov məlumat verib. Sədr faiz dəhlizinin aşağı həddinin 6 faizdə saxlanıldığını, yuxarı həddin isə 8,25 faizdən 9 faizə qaldırıldığını bildirib.
Məlumat üçün qeyd edək ki, uçot faiz dərəcəsi və ya yenidən maliyyələşmə dərəcəsi Mərkəzi Bankların ölkənin digər banklarını və maliyyə qurumlarını pul kütləsi ilə təmin etməsidir. 
Yəni, Mərkəzi Bank bankları və digər maliyyə qurumlarına müəyyən müddət üçün pul verir və onlar həmin pulu geri ödəyərkən üzərində uçot faiz dərəcəsi həcmində əlavə vəsait qaytarırlar.
 Məsələn, mövcud uçot faiz dərəcəsinə (7,5%) uyğun olaraq Mərkəzi Bankdan 100 min manat götürən hər hansı bank bu vəsaiti bir ildən sonra geri qaytararkən əlavə olaraq 7 min 500 manat ödəməli olacaq.
Onu da bildirək ki, Mərkəzi Banklar bu üsuldan istifadə edərək dövriyyədəki nağd pul kütləsini azaltmağa və bununla da inflyasiyanı cilovlamağa çalışırlar.

DİGƏR XƏBƏRLƏR

Top