Zelenski Dneprdəki hadisəyə görə generalı cəzalandırdı


Ukrayna prezidenti Volodimir Zelenski general-polkovnik Nikolay Balanı Milli Qvardiyanın komandiri vəzifəsindən azad edib. Yuri Lebed Qvardiya komandiri vəzifəsini müvəqqəti icra edən təyin edilib.
Yeniavaz.com
“pravda.com.ua” saytına istinadən xəbər verir ki, bu barədə prezident müvafiq fərmanlar imzalayıb.

Yanvarın 27-də Ukrayna Milli Qvardiyasının komandanı Nikolay Balan “Yujmaş” zavodunda (Dnepr) baş vermiş hadisələrlə əlaqədar tutduğu vəzifədən istefa ərizəsi yazıb.
Daxili işlər naziri Denis Monastırski prezidentə Milli Qvardiyanın komandanının müavini general-leytenant Yuri Lebedin Milli Qvardiyanın komandanı səlahiyyətlərini icra edən təyin edilməsi ilə bağlı təklif təqdim edib.
Qeyd edək ki, ötən gün Dnepr şəhərindəki hərbi hissələrin birində çağırışçı əsgərin öz silahından atəş açması nəticəsində 5 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top