Bakıda icra hakimiyyətinin qarşısına bomba qoyulduğunu deyən şəxs saxlanıldı


Səbail Rayon İcra Hakimiyyətinin (RİH) qarşısına bomba qoyulduğunu deyən şəxs saxlanılıb.
Yeniavaz.com
 "report"a istinadla xəbər verir ki, hadisə yanvarın 27-si saat 16 radələrində qeydə alınıb.
Belə ki, naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar xəttinə zəng edərək RİH-nin qarşısına bomba qoyulduğunu bildirib.
Araşdırma zamanı zəng edən şəxsin Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü M.N (Ad, soyadı şərti) olduğu məlum olub.
Daha sonra həmin şəxs hüququ-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
Məlum olub ki, M.N ruhi xəstədir. O, psixiatriya xəstəxanasına yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top