Hadisənin "İntellekt" məktəb-liseyində yaşandığı bəlli olub.
Məktəbdən Yeniavaz.com-a bildiriblər ki, hadisə ilə bağlı araşdırma aparılır:
"“İntellekt” məktəb-liseyində şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən müvafiq araşdırma aparılır və zəruri profilaktiki tədbirlər görülür".
Qeyd edək ki, sözügedən təhsil ocağı Səbail rayonunda yerləşir.
*** 11:34
Sosial şəbəkələrdə daha bir orta məktəbdə xoşagəlməz halların yaşandığını əks etdirən görüntülər yayılıb.
Yeniavaz.com xəbər verir ki, videodan hadisənin məktəbin 9-ci sinfində yaşandığı bəlli olur.
Görüntülərdə məkətblilər partanın üstünə çıxır, onu yerə aşırır, hətta ondan musiqi aləti kimi istifadə edib sinfi rəqs meydançasına çevirirlər.
Bakı Şəhər Təhsil İdarəsindən Yeniavaz.com-a bildirdilər ki, hadisədən xəbərdardırlar. Araşdırma aparılıb ictimaiyyətə açıqlama veriləcək.
Qeyd edək ki, bu yaxınlarda paytaxtın 165 nömrəli məktəbində şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntülər yayılıb. Məsələ ilə bağlı, 165 nömrəli tam orta məktəbdən bildirilib ki, məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət, məktəbin direktor müavinləri ilə bağlı isə tənbeh tədbirləri görülməsi üçün isə təqdimat verilib. Üzrxahlıq edən şagirdlər bir daha belə hallara yol verməyəcəklərini bildiriblər. Şagirdlər müvafiq qaydada profilaktik tədbirlər görülməsi üçün qeydiyyata götürülüb.
Yeni yayılan kadrları təqdim edirik: