Qırğızıstan və Tacikistan arasında atəşkəs imzalandı - YENİLƏNİB


Qırğızıstan və Tacikistan nümayəndələri atəşkəs və sərhəd münaqişəsi baş verən əraziyə yerləşdirilən əlavə qüvvələrin çıxarılması barədə razılığa gəliblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.
Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsi Tacikistan-Qırğızıstan sərhədində ötən gün başlayan silahlı qarşıdurma zamanı iki nəfərin öldüyü və on nəfərin yaralandığı barədə məlumat yayıb.
Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Xidmətinin məlumatına görə, hazırda sərhəddə vəziyyət sabitdir.

***27 yanvar, 20:58
"Tacikistan atəşkəs tələblərinə məhəl qoymur".

Yeniavaz.com "tass"a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, Tacikistan əsgərləri elektrik xətləri və postları atəşə tuturlar.
Qeyd edək ki, Tacikistanla sərhəddə vəziyyətin gərginləşməsindən sonra Qırğızıstanın Batken vilayətinin bir hissəsi işıqsız qalıb.

***19:22
Qırğızıstan-Tacikistan sərhədində atışma olub.
Yeniavaz.com
"tass"a istinadla xəbər verir ki, bu barədə Qırğızıstanın Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, atışma iki ölkənin hərbçiləri arasında baş verib.

DİGƏR XƏBƏRLƏR

Top