“Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri epidemioloji vəziyyət və iki ölkə prezidentlərinin qrafikləri imkan verdiyi zaman baş tutacaq”.
Yeniavaz.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Prezidentlər, Putin və Ərdoğanın son bir neçə təmasları zamanı bu mövzu dəfələrlə qaldırılıb. İki prezidentin rəhbərlik etdiyi hökumətlərarası komissiyanın və ikitərəfli münasibətlərimizin ali orqanının iclaslarının keçirilməsində müəyyən fasilə var. Cənab Ərdoğan bütün bu tədbirləri Türkiyədə keçirməkdən məmnun olacağını bildirdi. Prezident Putin bu dəvəti minnətdarlıqla qəbul etdi. Onlar razılaşdılar ki, epidemioloji vəziyyət və qrafiklər imkan verən kimi Putin mütləq bu dəvətdən yararlanacaq” ,- Peskov bildirib.