BŞBPİ sabiq məktəb direktorunu axtarışa verdi - FOTO


Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Səfərov Cavad Abdulla oğlunu axtarışa verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BŞBPİ-nin rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilir ki, Səfərov Cavad Abdulla oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə axtarış elan edilib.
Qeyd edək ki, 2 iyun 2020-ci ildə Baş Prokurorluq Cavad Səfərov haqqında məlumat yayıb. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, F. Bayramov adına 22 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmiş Cavad Səfərovun məktəbə işə düzəlmək üçün ondan rüşvət alması barədə vətəndaş Ruxsarə Babayevanın müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb. Araşdırma zamanı Cavad Səfərovun əvvəllər direktor vəzifəsini icra etdiyi 22 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə müdiri vəzifəsinə təyin edilməsi ilə bağlı ona müraciət edən tanışı Ruxsarə Babayevadan xidməti otağında 6000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə və həmin məbləğin 5500 manatını almaqla xadimə vəzifəsinə təyin edib faktiki olaraq təsərrüfat işləri üzrə müdir vəzifəsini icra etməsinə qanunsuz olaraq şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır.

DİGƏR XƏBƏRLƏR

Top