“Bu gün zəmanəmizin ən dəhşətli cinayətlərindən biri olan Holokostu Anım Günüdür”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tvitterdə Holokost Anım Günü ilə paylaşımında deyilir.
“Bu gün biz nifrət, soyqırım, insanlığa qarşı cinayətlər, irqçilik və ksenofobiyanı xatırlayırıq və onlara qarşı birlikdəyik” ,- paylaşımda bildirilib.
Qeyd edək ki, Holokost Almaniyanın törətdiyi, təxminən 6 milyon insanın sistemli şəkildə öldürüldüyü qətliama verilən addır.