Məşhur aparıcının əri qətlə yetirildi - "Beşiktaş"ın keçmiş meneceridir


Türkiyənin “Beşiktaş” klubunun keçmiş meneceri və aparıcı Ece Erkenin həyat yoldaşı Şafak Mahmutyazıcıoğlu silahlı hücum nəticəsində dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, Mahmutyazıcıoğlu Bakı vaxtı ilə saat 01:30 radələrində Yeşilköydəki balıqçı restoranında naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.
Hadisə yerində ilkin tibbi yardım göstərilən Şafak Mahmutyazıcıoğlu xəstəxanada dünyasını dəyişib.
“Beşiktaş” klubu tvitter hesabında keçmiş əməkdaşı ilə bağlı paylaşım edib:
“İdarə Heyətimizin keçmiş üzvlərindən olan Şafak Mahmutyazıcıoğlunun vəfat etdiyini dərin üzüntü ilə öyrəndik. Mərhuma Allahdan rəhmət, ailəsinə, yaxınlarına və klub kollektivinə başsağlığı veririk”.
Uzun illər Ece Erken ilə proqram təqdim edən Bircan Bali “Söyləməsəm, olmaz” verilişinin canlı yayımında hadisənin bilinməyənlərini danışıb:
“Qiymətli qardaşım. Bədəninə 7 güllə vurulub. Xəstəxanada qan itkisindən dünyasını dəyişib. Şafakın son sözləri “xahiş edirəm məni xilas edin” olub. Ece ilə inanılmaz münasibəti var idi. Əvvəlcə sürücüyə, daha sonra isə ona atəş açıblar. Saatlardır Ecedən xəbər ala bilmirik. Gecə xəstəxanaya gedib. Həyat yoldaşının öldüyünü öyrəndiyi an onu xəstəxanadan göndəriblər. O andan etibarən Ece ilə heç kim əlaqə saxlaya bilməyib”.
Qeyd edək ki, 1980-ci ildə Rizədə anadan olan Mahmutyazıcıoğlu bir çox şirkətdə hüquq məsləhətçisi vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top