Ukraynada 5 yoldaşını qətlə yetirən əsgər tutuldu - FOTOLAR + YENİLƏNİB


Hüquq-mühafizə orqanlarının əməkdaşları Ukraynanın Dnepr şəhərində həmkarlarını güllələyən Milli Qvardiyanın əsgərini saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Maksim Bujanski öz Teleqram kanalında məlumat yayıb.



***11:16

Ukraynanın Yujmaş Cənub Maşınqayırma Zavodunun ərazisində Milli Qvardiyanın 2001-ci il təvəllüdlü əsgəri Ryabçuk Artemi xidməti silahından hərbçi yoldaşlarına atəş açıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Daxil İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hadisə Bakı vaxtı ilə 05:40 radələrində baş verib. Əsgər atəş açdıqdan sonra əlində silah hadisə yerindən qaçıb. Nəticədə 5 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.
Hadisənin səbəbləri hələlik bəlli deyil.
Milli Qvardiyanın komandiri, general-polkovnik Nikolay Balan dərhal hadisə yerinə yola düşüb.

DİGƏR XƏBƏRLƏR

Top