“Gözləyirəm hamısı bir yerə yığılsın, topalarını birdən dağıdım”


“Şərəfli Azərbaycan müəllimini müdafiə etdiyimə görə nazirlik artıq tanış sifətləri işə salıb”.
Yeniavaz.com
xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa feysbuk profilində orta məktəb müəlliminə töhmət verilməsi ilə bağlı yazdığı ikinci statusda deyib.
F. Mustafa bildirib ki, hələ ki əleyhinə yazılan bir-iki statusla rastlaşıb:
“Adımı çəkməsələr də, mənim statusuma işarə vuraraq müəllimin təhqir olunmasına haqq qazandırıblar. Bir köstəbək də sətiraltı şəxsimi təhqir də edib. Gözləyirəm hamısı bir yerə yığılsınlar topalarını birdən dağıdım. Çox təsirli və öldürücü zərbəm olacaq. Mənim niyyətim müəllimin boğulmuş səsinin duyulmasıdır. Həm də bunu bu gün demirəm ki. Bu barədə Milli Məclisdə onlarla çıxışım var. İslahat varsa, məmnuniyyətlə dəstəkləyərəm. İslahat imitasiyasını, dələduzluğu, müəllim haqqını yeməyi, valideynlərin ümidlərini qırmağı əsla dəstəkləmək olmaz”.
Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkələrdə şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışlarının əks olunduğu kadrlar yayılıb. Məsələ ilə bağlı, 165 nömrəli tam orta məktəbdən bildirilib ki, məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət, məktəbin direktor müavinləri ilə bağlı isə tənbeh tədbirləri görülməsi üçün isə təqdimat verilib. Üzrxahlıq edən şagirdlər bir daha belə hallara yol verməyəcəklərini bildiriblər. Şagirdlər müvafiq qaydada profilaktik tədbirlər görülməsi üçün qeydiyyata götürülüb.
Hadisəyə münasibət bildirən deputat Fazil Mustafa müəllimə töhmət verilməsini sərt tənqid edib. Deputat təhsil nazirinin töhmət verilən müəllimdən üzr istəməli olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top