Məktəblərdə “patı” satışı barədə iddialara DİN-dən AÇIQLAMA


“Konkret fakt verən yoxdur. Danışırlar, yazırlar ki, məktəbdə “patı” var, “patı” satırlar. Polis münəccimlik etməlidir? Faktsız olan bütün iddialar əsassızdır”.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. “Məktəbi, təhsili, müəllimi qorumaq hər bir vətəndaşın təməl vəzifəsidi”, - DİN rəsmisi əlavə edib.Qeyd edək ki, sosial şəbəkələrdə paytaxtda yerləşən 165 saylı tam orta məktəbdə şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntülər yayılıb.
Bununla bağlı açıqlama verən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Validə Ağalarova nalayiq hərəkətlər edən şagirdin məktəbdə narkotik vasitə olan "patı" satdığı haqqında ona məlumat verildiyini demişdi.

DİGƏR XƏBƏRLƏR

Top