Bakıda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB


Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
 

***15:08
Fövqəladə Hallar Nazirliyi Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğınla bağlı məlumat yayıb. 
Nazirlikdən Yeniavaz.com-a bildirilib ki, hadisə Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında baş verib.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
 

DİGƏR XƏBƏRLƏR

Top