Nazir Mübariz Qurbanlının qardaşı oğluna yeni vəzifə verdi


Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, polis polkovnik-leytenantı Qurbanov Emin Çingiz oğlu Samux Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini təyin edilib.
E.Qurbanov bu təyinata qədər Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki E. Qurbanov Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşı oğludur.

DİGƏR XƏBƏRLƏR

Top