Təcavüzdə ittiham olunan Əsgər Ağazadənin vəsatəti təmin edilmədi


Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP üzvü Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlıya təcavüzdə təqsirləndirilən Əsgər Ağazadənin cinayət işi üzrə nöcbəti məhkəmə prosesi baş tutub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə S. Qəhrəmanlı məlumat yayıb. O bildirib ki, hakim Ə. Ağazadənin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini təmin etməyib.
Növbəti məhkəmə prosesi fevralın 2-nə təyin edilib. S. Qəhrəmanlı prosesin qapalı keçiriləcəyini bildirilib.
Qeyd edək ki, 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal Rayon Prokurorluğunda başlanan cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib.
Cinayət işinin istintaqı zamanı şahid dairəsinin müəyyən edilərək dindirilməsi, habelə zəruri ekspertizaların təyin edilməklə rəylərinin əldə olunması təmin edilib.
Həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri ilə Əsgər Ağazadənin aşkar surətdə yetkinlik yaşına çatmayan Sənay Qəhrəmanlıya cinsi təcavüz etməsinə əsaslı şübhələr müəyyən olunub.
Cinayət işi üzrə Əsgər Ağazadəyə Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi ilə yekun ittiham elan edilməklə istintaq orqanının təqdimatı əsasında sonuncunun barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
2021-ci il dekabrın 30-da Əsgər Ağazadənin təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top