Türkiyə polisindən əməliyyat - Üç azərbaycanlı qadın saxlanıldı


Türkiyənin Konya vilayətində 3 azərbaycanlı qadın saxlanılıb.
Yeniavaz.com
“milliyet”ə istinadla xəbər verir ki, Seydişehir polisinin keçirdiyi əməliyyat nəticəsində insan alverinin qurbanı olmuş azərbaycanlı qadınlar R.J, H.T və A.G saxlanılıb. Həmçinin onları insan alverinin qurbanına çevirən və fahişəliyə məcbur edən A.C və M.B də saxlanılıb.
Azərbaycanlı qadınların rəsmi proseslərdən keçdikdən sonra ölkədən deportasiya olunacağı bildirilib. Digər iki nəfər isə insan alverində və qadınları fahişəliyə cəlb etmədə ittiham olunur.

DİGƏR XƏBƏRLƏR

Top