Kiyev Xorvatiya prezidentindən bu açıqlamasına görə üzr tələb edib


Ukrayna Xorvatiya prezidenti Zoran Milanoviçdən Ukraynanın NATO-ya üzvlüyü və Rusiya Federasiyası ilə sərhəddə yaranmış gərgin vəziyyətdə Ukraynaya yardımın məqsədəuyğun olmaması ilə bağlı bəyanatın açıq şəkildə təkzib edilməsini tələb edir. 
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Xorvatiyanın Ukraynadakı səfiri Anica Camiç Xarici İşlər Nazirliyinə dəvət edilib və Xorvatiya Prezidenti Zoran Milanoviçin Ukrayna dövlətinə ünvanladığı bugünkü bəyanatlarının qətiyyən qəbuledilməzliyi ilə bağlı mövqe onun diqqətinə çatdırılıb. Ukrayna tərəfinin tələbləri Xorvatiya prezidenti bu bəyanatları ictimaiyyətə açıq şəkildə təkzib edib, həmçinin onların gələcəkdə təkrar olunmayacağını bəyan edib”-deyə açıqlamada bildirilib.
 

DİGƏR XƏBƏRLƏR

Top