ABŞ Ukraynaya ordu göndərəcək? – Ağ Ev açıqladı


ABŞ prezidenti Co Bayden ABŞ qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil. 

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Cen Psaki deyib.
"Biz NATO vasitəsilə alyansın şərq tərəfində yerləşən ölkələrdə dəstəyi artırmaq üçün çalışırıq. Buna görə də NATO mövcuddur, biz bu ittifaqın bütövlüyünə sadiqik. Bir daha aydınlıq gətirək ki, Ukraynaya ordu göndərmək fikrimiz yoxdur”- deyə açıqlamada bildirilib.

 

DİGƏR XƏBƏRLƏR

Top