Azərbaycanda Əməkdar idman ustası koronavirusdan dünyasını dəyişdi – FOTO


Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinin boks üzrə müəllimi Mahir Hüseynov koronovirusdan vəfat edib.

İdman ustası uzun müddət Gəncə şəhər modul tiplə xəstəxanada müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, Mahir Hüseynov SSRİ-nin və Azərbaycanın Əməkdar idman məşqçisi, İdman ustası titullarına layiq görülüb.

Onun yetirmələri Avropa və Dünya çempionatında mükafatlar qazanıblar.

(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top