Türkiyə Ermənistanın bölgələrinə aviareys açmağı planlaşdırır – KİV


Rəsmi Ankara Ermənistanın müxtəlif bölgələrinə aviareyslər açmağı və İrəvanla ticarət əlaqələrini genişləndirməyi planlaşdırır.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti Türkiyə prezident administrasiyasında xarici siyasətlə bağlı keçirilən qapalı müzakirələrdə danışıldığını bildirir.
Bildirilir ki, müzakirələrdə xüsusilə də Van şəhərinin ermənilər üçün turizm mərkəzinə çevrilə biləcəyi ilə bağlı fikirlər səsləndirilib. Ermənilərin böyük önəm verdiyi Qars yaxınlığındakı bəzi tarixi tikililərin, körpülərin və tikililərin bərpası da nəzərdə tutulub.
Qeyd edilib ki, Erməni diasporunun təzyiqlərini azaltmaq üçün ticarət əlaqələri də artırılacaq.
 

DİGƏR XƏBƏRLƏR

Top