Sarkisyan istefa ərizəsini xaricdə yazıb


Ermənistan prezidenti Armen Sarkisyan vəzifəsindən istefa ərizəsini ölkədən xaricdə yazıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”ın yazılı sorğusuna cavab olaraq dövlət başçısının ofisindən məlumat verilib.
Prezident aparatı Sarkisyanın xaricdə ərizə yazmasını tibbi müayinənin dayandırılmasının mümkünsüzlüyü ilə izah edib:
“Prezident məzuniyyətdədir və onu Ermənistandan kənarda keçirir. Xaricdə tibbi müayinədən keçməsi uzun illər əvvəl ağır xəstəliyə qalib gəlməsi, bundan sonra xəstəliyini yaxşı bilən bir qrup həkimin daimi nəzarətində olması ilə bağlıdır”.
Xatırladaq ki, yanvarın 23-də prezident Armen Sarkisyan istefa verib və deyib ki, Konstitusiya ona öz potensialından sistemli daxili və xarici siyasət problemlərini həll etmək üçün istifadə etməyə imkan vermir. Sabiq prezidentin sözlərinə görə, ona xarici siyasətə, iqtisadi siyasətə, diasporla münasibətlərə təsir mexanizmlərinin yaradılacağı ilə bağlı vədlər verilib, lakin bu, baş tutmayıb.

DİGƏR XƏBƏRLƏR

Top