ABŞ prezidenti jurnalistə zəng vurub üzr istədi - VİDEO


ABŞ prezidenti Co Bayden təhqir etdiyi “Fox News” müxbiri Piter Dusiyə zəng edərək dediyi sözlərə görə üzr istəyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatlar ABŞ mətbuatında tirajlanıb.
Piter Dusi bildirib ki, Bayden ona zəng vuraraq bunun şəxsi bir şey olmadığını deyib:
“Bayden aramızdakı “havanı yumşaltdı”. Mən bundan son dərəcə məmnunam. Gözəl telefon danışığımız oldu”.
Jurnalist prezidentin ondan üzr istəməsi iddialarına da münasibət bildirib:
“Heç kimin məndən üzr istəməsinə ehtiyacım yoxdur”.
Qeyd edək ki, Bayden, Ağ Evdə haqsız rəqabətlə mübarizə mövzusunda iclasdan əvvəl jurnalistlərə açıqlama verdikdən sonra mikrofonunu söndürməyi unudub. Baydenin ona ölkədəki inflyasiya ilə bağlı sual verən piter Dusiyə “nə axmaq biridir” deyərək ardınca təhqiredici ifadələr işlətməsi kameraların yaddaşına həkk olunub.

DİGƏR XƏBƏRLƏR

Top