Armen Sarkisyan Paşinyanı qeyri-qanuni şəkildə baş nazir təyin edib?


Yanvarın 23-də Ermənistan prezidenti vəzifəsindən istefa verən Armen Sarkisyanın Karib dənizində yerləşən iki adadan ibarət Sent Kits və Nevis dövlətinin vətəndaşı olduğu iddia edilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “hetq.am”in hazırladığı məqalədə bildirilib.
“Bizdə məlumat var idi ki, prezidentin Sent Kitts və Nevis pasportu var və bu, onunla yazışmalar zamanı təsdiqlənib” ,- məqalədə yazılıb.
Nəşr bildirir ki, Sarkisyan bu iddialarla bağlı onlardan sübut istəyib.
“Sübut tələbinə cavab olaraq əlimizdə olan pasportunun məlumatlarını ona təhvil verəndə Armen Sarkisyan bir neçə il əvvəl bu ölkəyə sərmayə qoyduğu versiyasını irəli sürdü. Yazışmalarımız zamanı prezident etiraf edib ki, Sent-Kits və Nevisdəki otellərdən birində payı olub, 2013-cü ildə Ermənistanın Böyük Britaniyadakı səfiri olana qədər bu payı ailə üzvlərindən birinə verib”.
Nəşrin yazdıqlarına görə, Sent Kits və Nevisdə sərmayə üçün vətəndaşlıq proqramı var və Armen Sarkisyana iddia edir ki, o, proqramdan xəbərsiz bu ölkənin vətəndaşı olub. Sarkisyan cavabında deyib ki, məqsədi investisiya etmək idi və pasportla heç maraqlanmayıb.
Sarkisyanın sözlərinə görə, 2013-cü ildə Ermənistanın Böyük Britaniyayadakı səfiri təyin olunmazdan əvvəl o, vəkilinə Sent Kitts və Nevis pasportunu dövlətə qaytarmağı tapşırıb. Bundan başqa, məlum olub ki, Sarkisyanın vətəndaşlığı ilə bağlı məsələlərlə məşğul olmalı olan müəyyən şəxs (vəkili yox) vəfat edib.
Bildirilir ki, Armen Sarkisyan 2018-ci ilin martında, prezident seçilməzdən bir müddət əvvəl Sent-Kits və Nevis vətəndaşlığından rəsmi imtina prosesinə başladığı bir faktdır. Belə olan halda, Ermənistan Konstitusiyasına görə, o, prezident seçilə bilməzdi, bu isə o deməkdir ki, Sarkisyanın imzaladığı bütün fərmanlar, o cümlədən məmurların təyinatı, seçkilər, hətta baş nazirin təyinatı ilə bağlı sərəncamlar qanunsuzdur.
Nəşr qeyd edir ki, Prezident, görünür, Ermənistana qayıtmayacaq, çünki saxta sənəd hazırladığına görə məsuliyyətə cəlb oluna bilər.

DİGƏR XƏBƏRLƏR

Top