Afrika Millətlər Kubokunda izdiham: 8 ölü, onlarla yaralı - VİDEO


Ötən gün Afrika Millətlər Kubokunun 1/8 final mərhələsində Kamerun və Komor adaları arasında keçirilən oyunundan əvvəl izdiham yaşanıb, izləyicilərdən 8 nəfər ölüb, 50-yə yaxını isə yaralanıb.

Yeniavaz.com "Frans-Press" agentliyinə istinadən xəbər verir ki, bu barədə Kamerun Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, insanlar COVID-19 məhdudyyətlərinə məhəl qoymadan izdihamla stadiona daxil olmağa çalışıb. 60 minlik tribunaya eyni anda 50 minə yaxın azarkeş daxil olmaq istəyib və nəticədə 8 nəfər dünyasını dəyişib. Məlumata əsasən, ölənlər arasında qadın və uşaqlar da olub. Yaralılardan 4-nün vəziyyəti ağırdır. 
Afrika Futbol Konfederasiyası (CAF) insidentlə bağlı araşdırma aparır.

DİGƏR XƏBƏRLƏR

Top