Bakıda 35 “parkovşik” saxlanıldı


Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar yol polisi tərəfindən ötən gün keçirilən reydlərdə 1000-ə yaxın cərimə protokolu yazılıb.
Bu barədə Yeniavaz.com-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
DYP rəsmisi qeyd edib ki, reydlər zamanı özlərini “parkovşik” kimi təqdim edən 35-ə yaxın şəxs saxlanılıb və cərimə edilib.
A. Əsgərli vurğulayıb ki, yol polisi tərəfindən reydlər davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top