Bakıda keçmiş polisə atəş açan şəxs ailə üzvü olub - YENİLƏNİB


Bakıda beş gün əvvəl - yanvarın 20-də avtomobilə atəş açılması ilə bağlı baş verən hadisənin bəzi təfərrüatı məlum olub.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, avtomobilinə atəş açılmış Tərlan Namazov keçmiş polis əməkdaşıdır.
O, əvvəllər xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric edilib. Ona atəş açan şəxs isə T.Namazovun ailə üzvü olub. Belə ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Atəş açan şəxsin (onun adını hələ ki, öyrənə bilməmişik - Oxu.Az) isə hadisə zamanı sərxoş olduğu bildirilir. Həmin şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılıb. 

***09:54
Bakıda bir neçə gün öncə keçmiş polis əməkdaşı silahlı hücuma məruz qalıb.

Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, yanvarın 20-si axşam saat 18 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum şəxs qəsəbə sakini Tərlan Namazovun idarə etdiyi “Pajero” markalı avtomobilə odlu silahdan atəş açıb.
Məlum olub ki, Tərlan Namazov keçmiş polis əməkdaşıdır. Daha öncə xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric olunub.
Hazırda cinayəti törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top