Nazirlikdən ərəblərin qanunsuz ovu ilə bağlı açıqlama - YENİLƏNİB


“Sosial şəbəkədə yayılan foto və video görüntülərdən xəbərdarıq. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək, qanun pozucularının cərimələnməsi həyata keçiriləcək”.
Bu sözləri Yeniavaz.com-a ərəb turistlərin Azərbaycanda ovlanması qadağan edilmiş nadir quşları ovlaması ilə bağlı yayılan görüntülər barədə açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

***08:56
Ərəb turistlərin Azərbaycanda “Bəzgək” ovlamalarını əks etdirən kadrlar yayılıb.
Yeniavaz.com
xəbər verir ki, "ecofront" səhifəsi sözügedən görüntüləri yayıb və kadrların Tovuz rayonu ərazisində lentə aldığını iddia edib.


Xatırladaq ki, bir neçə gün öncə sözügedən təşkilat sosial şəbəkələrdə bir qrup xarici ölkə vətəndaşının Tovuz rayonu ərazisində, Ceyrançöldə “Bəzgək” ovlamaları ilə bağlı məlumat yaymış, Bioloji Müxtəlifliyin Qorunması Xidməti isə açıqlama verərək, Ceyrançöl ərazisinə nazirliyin regional idarələrinin əməkdaşları tərəfindən baxış keçirilidiyini, lakin heç bir qanunsuz ov aparılması faktının aşkar edilmədiyini bildirmişdi.

Qeyd edək ki, “Bəzgək” ovlanması qadağan olunan nadir fauna nümunələrindəndir və adı Azərbaycan Respublikası ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədi olan "Qırmızı kitab"a salınıb.

DİGƏR XƏBƏRLƏR

Top