
“Kiyev Ukraynaya qarşı genişmiqyaslı hücumun hazırlanması ilə bağlı iddialar üçün heç bir əsas görmür”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
"Bir daha deyirəm ki, biz Ukraynaya qarşı tammiqyaslı hücumun hazırlanması ilə bağlı iddialar üçün heç bir əsas görmürük. Bu, hətta fiziki cəhətdən də mümkün deyil. Onların ərazilərində rus qoşunlarının hərəkəti varmı? Bəli, var. Bu bizim üçün xəbər deyil. Ola bilsin ki, bu, xarici tərəfdaşlarımız üçün yeni xəbərdir”, - deyə o, bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz