Karantin müddəti niyə 7 gün azaldıldı?


Azərbaycanda bu gündən etibarən test nəticəsi pozitiv olan şəxslərin və onlarla sıx təmasda olmuş şəxslərin təcrid (karantin) müddəti 14 gündən 7 günə azaldılıb.
Yeniavaz.com
xəbər verir ki, Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov hazırda əksər dünya ölkələrində karantin müddətinin 7 günə endirildiyini bildirib:
“Çünki son tədqiqatların nəticələri göstərir ki, xəstəliyin həm inkubasiya dövrü, həm də yoluxdurma müddəti 6-7 gün çəkir. Bu müddətdən sonra isə xəstə digərlərini yoluxdurmur. Xatırlatmaq istəyirəm ki, bundan əvvəl də ABŞ-da xəstəliyi yüngül formalarda keçirənlərin karantin müddəti 7-10 gün, ağır formada keçirənlərin isə 14-21 gün idi”.
F.Sədirov onu da əlavə edib ki, yeni qərarın verilməsi “Omikron” ştammı ilə əlaqədardır: 
“Düşünürəm ki, karantin müddətinin azaldılması düzgün addımdır”.

DİGƏR XƏBƏRLƏR

Top