Mədəniyyət Nazirliyindən "Şuşa" KVN komandası ilə bağlı AÇIQLAMA

Məlum olduğu kimi, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adının “Buta” ilə əvəzlənməsi günlərdir müzakirə mövsuzudur. Onların həmin müsabiqəyə hansı xətlə qatılması da sual doğurur.

Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, artıq Mədəniyyə Nazirliyindən komandanın müsabiqəyə dövlət xətti ilə yollanmadığı bildirilib: “Bildirmək istərdik ki, Mədəniyyət Nazirliyinə bu mövzu ilə bağlı heç bir müraciət daxil olmayıb. Sözügedən klubun nazirliklə heç bir əlaqəsi yoxdur”, - nazirliyin mətbuata açıqlamasında deyilir.

DİGƏR XƏBƏRLƏR

Top