Ötən il neçə nəfər barəsində amnistiya tətbiq edilib?


"Ötən il ərzində 10 min 943 şəxs barəsində amnistiya tətbiq edilib".
Yeniavaz.com
xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, Vətən müharibəsində qazanılmış tarixi Qələbənin birinci ildönümü münasibətilə Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilmiş “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın icrası prokurorluq orqanları tərəfindən yerinə yetirilir:
"Hesabat dövründə ümumilikdə 10 min 943 şəxs barəsində amnistiya aktı tətbiq edilib".

DİGƏR XƏBƏRLƏR

Top