Evinə oğru girdi, özü saxlanıldı: "Mayor dedi bu çox danışır, salın içəri"


Bakı sakini Ülvi Həsənli evinə girən oğru ilə bağlı hüquq mühafizə orqanlarına şikayət edib. Ü.Həsənlinin sözlərinə görə, hadisə yerinə heç bir polis əməkdaşı gəlməyib. Əvəzində özü polis bölməsinə çağırılıb və "çox danışırsan" bəhanəsi ilə səhərə qədər qurumda qapalı şəkildə saxlanılıb. Yeniavaz.com Ülvi Həsənlinin hadisə bağlı sosial şəbəkədəki paylaşımını təqdim edir:
"Deməli dünən xəbər elədilər ki, sizin mənzilin qapısı qırılıb, əşyalar götürülüb, bəziləri pəncərədən aşağı atılıb. Gecə getdim gördüm həqiqətən də vəziyyət deyilən kimidir və 102-yə yığdım. Bildirdilər ki, gözləmək lazımdır. Uzun gözləntidən sonra yenə əlaqə saxladım dedilər özün gəl. Uzun sözün qısası getdim 1 saata yaxında orda gözlədim. Sonda əməliyyatçı mayor Şahinə acıqlananda dediki bu çox danışır deyəsən bunu salın içəri. Mülkiyyətinə basqın olunan adam kimi mənim heç izahatım alınmadı əvəzində anbar kimi bir yerə salındım ki, rəis gələr buraxar. Xəstə olduğumu və həmin otağın nə dərəcədə soyuq olduğuna heç məhəl də qoymadılar. Gecə pristuplardan sonra axırki Təcili Tibbi yardım çağırdılar onlar da rəsmən ağır bir cinayətkar kimi davranırdı. Dedikləri tək şey odur ki, biz ağrıkəsici vura bilərik. Ancaq gecə növbəsindəki çavuş da icazə vermir ki, yoxlanışa aparaq. Uzun sözün qısası səhərə kimi soyuqdan qızdırma qalxıb ancaq sayıqlamışam. Səhər də həmin Şahin deyilən mayor çıxdı getdi evinə biz isə ancaq rəisi gözlədik.yenə də mənlə görüşmədi kapitanın birinə telefonla videoya çəkib izahat aldılar. Prosesləri maksimum qısa yazmağa çalışıram. Həmin dönəmdə danışıqlar, təhqirlər bunların heçbirini demirəm. Hətta 102 yə zəng olunub ki, siz xəstəni o şəraitdə saxlaya bilməzsiz onlar belə həmişəki kimi formal xarakter daşıyıb heç nə etmədilər. Nəticədə sağlamlığım bərbad vəziyyətdə indi özümə gələ bilirəm. Çox maraqlıdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları hansı əsasla bütün bunları edirlər və şikayətlərə niyə baxmırlar? Bu məsələ ilə bağlı sabahdan bütün güc strukturlarına, işini "bandit" kimi görən qurumdan şikayətimi rəsmi ünvanlayacam. İnanınki özümü güclə toparlayıb yazıram. Bu qədər şərəfsizlik nə ilə izah olunur mənə çox maraqlıdır. Əgər bütün bunlar sadəcə normal reaksiya imiş kimi cavab alsam heçbir tədbir görülməsə mən bu cür qurumda yaşamaq istəmədiyimi, artıq belə sistemin məni qorumasını istəmədiyimi əsas gətirərək ölkə vətəndaşlığından imtina edəcəyəm.
Evinə hücum olan adam polisə gedirsə və onun özünü prinsiplə qeyri qanuni anbarda saxlayırlarsa utanım sizin yerinizə. Sabah başqa hadisələr baş verə bilər. Kimə səs verdiyimizi, hansı cəmiyyəti qurduğumuzu sorğulayacağam.
Fikrimi isə orda gecə nəzarətçisi serjantın sözlərilə bitirirəm “Səninçün ayrıca peç gətirəciyik? Xoşun gəlmir get başqa yerdə yaşa”.

DİGƏR XƏBƏRLƏR

Top