Brüsseldə etirazçılar polislə toqquşub - YENİLƏNİB


Brüsselin Avropa məhəlləsində sərtləşdirilmiş karantin rejiminə qarşı etiraz aksiyasında hüquq-mühafizə qüvvələrinin nümayəndələri ilə toqquşmalar baş verib, polis təzyiqli sudan və gözyaşardıcı qazdan istifadə edib.
Yeniavaz.com
“tass”a istinadla xəbər verir ki, əsas sütundan ayrılan bir neçə yüz nümayişçi Avropa Polisinin binası yaxınlığındakı mühafizə zolağını yarmağa çalışıb, polisə fişəng və butulkalar atıb. Polis təzyiqli sudan və gözyaşardıcı qazdan istifadə edərək sözügedən qrupu dağıdıb.
Polisin bildirdiyinə görə, qarşıdurma zamanı 10-a qədər adam həbs edilib.

***16:40

Belçika paytaxtı Brüsseldə pandemiya ilə bağlı karantin qaydalarına qarşı kütləvi aksiya keçirilir.
Yeniavaz.com
“tass”a istinadla xəbər verir ki, aksiyalar şəhərin Şimal vağzalında başlayıb və artıq on minlərlə insan toplaşıb.
Etiraz aksiyası həm sağ, həm də sol baxışlı fəalların daxil olduğu “EuropeansUnited” adlı (“Birləşmiş avropalılar”) qeyri-hökumət təşkilatı tərəfindən təşkil olunub.
Təşkilatçıların verdiyi məlumata görə, aksiyada Belçika, Fransa, Almaniya, Lüksemburq, Hollandiya, İspaniya, İtaliya sakinləri, eləcə də Brüsseldə yaşayan bir çox Aİ dövlətlərinin vətəndaşlarının nümayəndələri iştirak edirlər.

DİGƏR XƏBƏRLƏR

Top