“Bəyin oğurlanması”ndakı məşhur aktyor vəfat etdi - FOTO


Rusiyanın əməkdar artisti, Vladimir Mayakovski adına teatrın aktyoru Rəsmi Cəbrayılov 90 yaşında vəfat edib.
Yeniavaz.com
“tass”a istinadla xəbər verir ki, bu barədə teatrın “Facebook” səhifəsində məlumat verilib. Bildirilib ki, Rəsmi Xalidoviç Cəbrayılov yanvarın 22-də axşam saatlarında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib:
“Sənətkarın ailəsinə və yaxınlarına başsağlığı veririk. Bütün Mayakovçular üçün bu, böyük, əvəzedilməz itkidir. Parlaq sənətkarın və parlaq şəxsiyyətin xatirəsi mübarək!”
Qeyd edək ki, Rəsmi Cəbrayılov 1964-cü ildən Taqanka Teatrında çalışıb. 1993-cü ildən "Taqanka Aktyorlar Birliyi"nin rəssamı olub. 2002-ci ildə Vladimir Mayakovski adına Moskva Akademik Teatrının truppasına daxil olub. Rəsmi Cəbrayılov 2019-cu ildə milli mədəniyyətin və incəsənətin inkişafındakı böyük xidmətlərinə və uzun illər səmərəli fəaliyyətinə görə II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
O, Azərbaycan kinosunda “1001-ci qastrol” (Qaranəfəs), “De ki, məni sevirsən!” (Rəsmi), “İşgüzar səfər” (Bayramov), “Nizami” (Zərgər), “Bəyin oğurlanması” (Əhməd dayı), “Alman klinikasına şəxsi səfər” və “Ölsəm, bağışla” (Həkim) filmlərində maraqlı obrazlar yaradıb.

DİGƏR XƏBƏRLƏR

Top