Goranboydakı ağır qəzada ölənlərin sayı artdı - VİDEO + YENİLƏNİB


Goranboyda iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlardan biri dünyasını dəyişib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, yol qəzasında ağır xəsarətlər alan 1972-ci il təvəllüdlü Dilarə Əliyeva xəstəxanada vəfat edib.
Bununla da, qəzada ölənlərin sayı 3-ə çatıb.

***13:48

Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qızılhacıllı qəsəbəsində qeydə alınıb.
Hərəkətdə olan “BMW” və “VAZ 21099” markalı iki avtomobilin toqquşması zamanı 2 nəfər ölüb, 5 nəfər ağır yaralanıb. Qəza zamanı ölənlər 1969-cu il təvəllüdlü Tanrıverdiyeva Aybəniz Əli qızı, 1964-cü il təvəllüdlü Tanrıverdiyeva Vəzifə Əli qızıdır.
Xəsarət alanlar isə 2013-cü il təvəllüdü Əlizadə Cəmilə Rəsul qızı, 1982-ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlu, 1990-cı il təvəllüdlü Əliyeva Sənəm Məmməd qızı, 1972-ci il təvəllüdlü Əliyeva Dilarə Eldar qızı, 1984-cü il təvəllüdü Orucov İkram İbrahim oğludur. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.





***13:18
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbə yolunda baş verib.
Qəza nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya aparılıblar. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top