Mingəçevirdə 39 yaşlı piyadanı avtomobil vurub öldürdü


Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com
xəbər verir ki, hadisə şəhərin Xaldan şossesindən çıxış istiqamətində baş verib. Axşam saatlarında baş verən yol qəzası zamanı avtomobil 1983-cü il təvəllüdlü kişini vurub. 
Ətrafdakıların köməyi ilə yaralı xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top