İsveçdə minlərlə insan COVİD pasportlarına etiraz edir


İsveçin Stokholm, Göteborq və digər şəhərlərində COVİD pasportlarına qarşı minlərlə insan nümayiş keçirilib. 
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, Stokholmda 18 minə yaxın insan nümayişdə iştirak etməyə hazır olduğunu bildirib, eyni zamanda mərkəzi Sergeltorq meydanında 3000-dən çox adamın olmasına icazə verilməyib. İzdiham “Peyvənd pasportları yox” şüarları səsləndirib.  Göteborqda, polisin məlumatına görə, birdən 1,5 minədək nümayişçi Qustaf Adolfs Torqun mərkəzi meydanına toplaşıb. Yerli polis sözçüsü Krister Fuksborqun sözlərinə görə, mitinqin təşkilatçıları onun keçirilməsi üçün icazə almaq üçün şəhər hakimiyyətinə müraciət etməyiblər. 

DİGƏR XƏBƏRLƏR

Top