Ana və 2 uşağı dəm qazından zəhərləndi, azyaşlı qız dünyasını dəyişdi


Mingəçevirdə dəm qazından zəhərlənmə halı baş verib.
Yeniavaz.com
xəbər verir ki, hadisə şəhərin Yeni Həyat qəsəbəsində baş verib. Hamam otağında ana və övladlarını husşsuz vəziyyətdə yaxınları aşkarlayıb. Dərhal Təcili yardım birqadası ilə onlar Xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq 7 yaşlı Nigar Şirinovanın həyatını qurtarmaq mümkün olmayıb.
Dəm qazından zəhərlənərək ağır durumda Mingəçevir Şəhər Xəstəxanasına çatdırılan ana Aişə Şirinova və onun böyük övladı 10 yaşlı Lalə Şirinova reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin baş vermə səbəbləri araşdırlır.
Esmira Hidayətova, Mingəçevir

 

DİGƏR XƏBƏRLƏR

Top