Bolqarıstan prezidentinin andiçmə mərasimi baş tutdu


Bolqarıstan prezidenti Rumen Radevin andiçmə Sofiyada baş tutub. 

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, ikinci dəfə ali dövlət vəzifəsini tutan prezident təntənəli mərasimin qonaqları qarşısında nitq söyləyib. Mərasimə 250-dən çox adam - baş nazir Kiril Petkovun rəhbərlik etdiyi hökumət üzvləri, parlamentin spikeri Nikola Minçev, siyasi partiyaların və ictimai təşkilatların rəhbərləri, diplomatik nümayəndəliklərin rəhbərləri, diplomatik korpusun üzvləri dəvət olunub.
 

DİGƏR XƏBƏRLƏR

Top