Təyyarə ekipajına koronavirusla bağlı qoyulan tələblər dəyişdi


“Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”a dəyişiklik edilib.

Yeniavaz.com xəbər verir ki, dəyişikliyə əsasən,  təyyarə ekipajında xəstəlik əlaməti olan işçidə laborator üsulla COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməsi zərurəti aradan qaldırılır.

Bu Qərar 2022-ci il yanvarın 24-dən qüvvəyə minir.

DİGƏR XƏBƏRLƏR

Top