
Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidməti “Rozmova” (“Söhbət”) messencerinin yaradılması üzərində işləyir.
Yeniavaz.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə xidmətin rəhbəri Yuri Şiqol məlumat verib.
Messencerin Ukrayna ordusu tərəfindən istifadə ediləcəyi bildirilir:
“Əvvəlcə messencerin təhlükəsizlik səviyyəsi yoxlanılacaq, sonra onun hərbçilərə təklif edilib-edilməyəcəyinə qərar veriləcək” ,- Şeqol “Forbes”ə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukrayna hərbçilərinə sosial şəbəkələrdən istifadə etmək tövsiyə edilmir. Əvəzində onlara iki-üç il əvvəl məşhurlaşan İsveçrə messenceri “Threema” təklif olunur.
Tətbiqimizi yükləyə bilərsiniz