Rusiya tərəfi Böyük Britaniyanın xarici işlər naziri Liz Trussın Moskvaya səfər tələbinə razılıq verib.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, səfər fevral ayında baş tutacaq.
“Böyük Britaniyanın xarici işlər naziri Sergey Lavrovla [Rusiya xarici işlər naziri] danışıqlar üçün Moskvaya gəlmək imkanı istəyib. Rəsmi Moskva fevralda səfərin baş tutmasına razılaşıb” ,- deyə diplomatik mənbələr bildirib.
Yanvarın ortalarında “The Times” Britaniya hökumətindəki mənbəyə istinadən yazıb ki, Trussun səfəri hələ fevralın əvvəlində baş tuta bilər.
Eyni zamanda Rusiyanın Londondakı səfiri Andrey Kelin bildirib ki, Rusiyanın Böyük Britaniyadakı səfirliyinə Trussun Moskvaya səfəri ilə bağlı rəsmi müraciət daxil olmayıb.
Qeyd edək ki, Böyük Britaniyanın xarici işlər nazirləri 2017-ci ilin dekabrından bəri Rusiyaya səfər etməyiblər.